Parlamentdə Fazil Mustafaya qarşı terror aktı müzakirə olundu: “İranın manqurt tərəfdarları…”

Kriminal


“Şərəfini İrana satanlar hadisəyə haqq qazandırmağa çalışırlar”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında millət vəkili Fazil Mustafaya qarşı terror hücumunun müzakirəsi zamanı həmkarı Bəhruz Məhərrəmov bildirib.  

“Azərbaycanın içərisində də belələri var, eyni zamanda, müxalifət daxilində də. Bunlar bu gün-sabah deputat həmkarımıza qarşı terror törədənləri siyasi məhbus da adlandırarlar. Daxildəki xəyanətkar qüvvələr hadisələrdən dərs çıxarmalıdırlar. Azərbaycan dövləti bundan sonra da İranın manqurtlarına qarşı tədbirlər görəcək”, – deyə o əlavə edib.

Qeyd edək ki, Fazil Mustafa martın 28-i saat 21:51 radələrində yaşadığı evin qarşısında “Kalaşnikov” avtomatından güllələnib. Nəticədə deputat sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində bir neçə nəfər saxlanılıb.

Aqşin Kərimov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir