Lerikdə su arxından kişi meyiti tapılıb.
APA-nın Cənub bürosu xəbər verir ki, Lerik rayonunun Almu kənd sakini 1995-ci il təvəllüdlü Ümid Əliməmməd oğlu Hüseynov ötən gün səhər saatlarında evdən çıxıb, onlara məxsus ot sahəsinə baxmağa gedib. Bundan sonra isə evə qayıtmayıb. Edilən telefon zənglərinə cavab vermədiyinə görə ailə üzvləri onun axtarışlarına başlayıb, polisə məlumat veriblər. Axtarışlar gecə saatlarına kimi davam edib. Bu gün səhər saat 8 radələrində onlara məxsus torpaq sahəsinin yanındakı dərədə, kiçik su arxında meyiti aşkar olunub. Ümid Hüseynovun su arxına düşərək boğulduğu ehtimal olunur.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, Ümid Hüseynov ailəli olub, bir övladı var.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
www.102info.az