Aprelin 5-də Salyan rayonunun Qızılağac kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 8-ci sinif şagiridi Cavadzadə Mirələm Niyaməddin oğlu özünü yaşadığı evdə asaraq intihar edib.
Hadisə barədə Modern.az-a danışan Qızılağac kənd orta məktəbinin direktoru Əliqulu Babayev bildirib ki, Mirələm ötən gün məktəbdə olub.
“O, nizamlı şagirdlərimizdən biri idi. Dərslərini çox yaxşı oxumasa da, davamiyyəti yüksək idi. Həmçinin məktəb daxilində keçirdiyimiz Yeni il, 20 Yanvara həsr olunan tədbirlərdə aktivliyi ilə seçilirdi. Sinif yoldaşları ilə yola gedirdi. Düzdür, arada digər şagirdlər kimi onun da sözləri məktəb yoldaşları ilə çəp gəlirdi, amma sonradan barışırdılar. Çılğın şagirdimiz olsa da, tərbiyəli idi”.
Direktor qeyd edib ki, intihar hadisəsi baş verən gün Mirələmlə atası arasında problem yaranıb:
“Eşitdiyimizə görə, Mirələm futbol oynayan zamanı atasının qardaşını kəndin kənarında yerləşən otlaq sahəsinə apardığını görüb. O da atası ilə getmək istəyib. Lakin valideyni bununla razılaşmayıb. Deyilənə görə, bu səbəbdən Mirələmlə atası Niyaməddin Cavadzadə arasında problem yaranıb. Amma hadisənin məhz bunun üstündə olduğu dəqiq deyil. İntiharla bağlı araşdırma aparılır, dəqiq səbəb araşdırmadan sonra bəlli olacaq”.
www.102info.az