Bakıda 6 nəfərə 200 min manat dələduzluq edən şəxsə hökm oxundu

Kriminal


Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Valeh Tağıyevin işi üzrə məhkəmə prosesi başa çatıb.

“Trend”in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Tağıyev 7 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Tağıyev 6 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir