Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
“MOUZE” “Telegram” kanalı xəbər verir ki, əməliyyatlar zamanı İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.
Onlar Yevlax rayon sakinləri – Ramin Quliyev, Vəfadar Pənahəliyev, Fəxri Zülfüqarlı və Amid adlı şəxslərdir.
Lent.az-ın əldə etdiyi xəbərə görə, saxlanılan şəxslərdən bəziləri narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.
11:24
Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir.
Məlumata görə, həyata keçirilən əməliyyatlar zamanı Bakının Binə qəsəbə sakini Əli Behişti də saxlanılıb.
Qeyd edək ki, Əli Behişti moizələrində hər zaman İranın molla rejimini təbliğ edib.
Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının İranın casus şəbəkəsinə qarşı keçirdiyi son üç əməliyyatda 19 nəfər saxlanılıb.
Mənbə: “MOUZE” “Telegram”
www.102info.az