Azərbaycandan tranzit keçməklə qanunsuz daşınmanın qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunda Azərbaycan ərazisindən tranzit qaydada keçməklə Rusiyadan Türkiyəyə “gigiyenik vasitələr” yükünü daşıyan nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilib.
Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerindən mal müşayiət sənədlərində göstərilməyən, gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formada bəyan edilməyən 9990 qutuda, 325 paketdə, 42 plastik qabda, 761 flakonda qablaşdırılan 27 müxtəlif adda dərman vasitələri, həmçinin üzərində heç bir yazı qeyd olunmayan 637 flakon maye, üzərində “Neofin” yazısı olan 400 qutu və hər hansı yazı olmayan 350 ədəd karton kağız, 320 ədəd üzərində yazı olmayan şəffaf plastik qablar, üzərlərində “Neofin/ Neofin”, “Neofin Aqua”, ‘www.neofın.bio vertification” yazıları olan 16 rulon stikerlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az