Binədə evdən 32 min manatlıq məişət əşyaları oğurlanıb

Kriminal


Aprelin 7-də Binə qəsəbəsindəki evlərin birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub. 

Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

www.102info.az