Xalidə Kəngərlinin ailəsi onun ərindən şikayətçidir – VİDEO

Kriminal


Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümü ilə bağlı yeni detallar məlum olub. 

Həkimin qardaşı Elçin Vəliyevin məlumatına görə, hadisənin baş verdiyi gün – 2022-ci il iyunun 27-də səhər saat 05:54-də Xalidə Kəngərli qohumuna “WhatsApp” vasitəsilə 4 mesaj yazaraq sonradan silib. Səhər 09:18-də Xalidə Kəngərliyə silmiş olduğu SMS-lər barədə sual edən qohumuna cavabında o artıq bacarmadığını, yoldaşının yenə içdiyini, ona səhərə qədər işgəncə verərək ləyaqətini alçaltdığını deyib. Dəfələrlə başına vurulan zərbələrdən sağlamlıq halının pisləşdiyindən gileylənib.

Bundan əlavə yazıb ki, əri onu öldürəcək, uşaqlar yatıb, artıq geri dönüş yoxdur. Xalidə Kəngərli qohumuna yazdığı mesajda yoldaşının çox bic olduğunu deyib. Əlavə edib ki, gecə halı pis olub, ürəyi sıxılmağa başladığı an əri onun başının üstündə durub danışıb. Daha sonra yoldaşının içdiyini və yatdığını görüb, lakin Rüfət Kəngərlinin sonradan onu oyadaraq işgəncələr verdiyini bildirib.  

Bundan əlavə, həkimin qardaşı Elçin Vəliyevin sözlərinə görə, cinayət işinin materiallarında Xalidə Kəngərlini onun ərinin özünü öldürmə həddinə çatdırması halını təsdiq edən çoxsaylı sübutlar var. Buna baxmayaraq, hazırkı ana qədər Rüfət Kəngərli qeyri-müəyyən səbəblərdən məsuliyyətə cəlb olunmayıb. 

Vəkil Hikmət Əliyev isə Xalidə Kəngərlinin ölməsi faktına görə başlanan cinayət işinin hansı mərhələdə olması barədə məlumat verib. 

Vəkilin sözlərinə görə, məşhur ginekoloqun iyunun 27-də saat 17:50-də yaşadığı mənzilin eyvanından özünü ataraq ölməsi faktına görə Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Kifayət qədər sübutlar olsa da, bu günə qədər təqsirli şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmayıblar. 

H.Əliyev bildirib ki, ekspert əsassız rəy verdiyi üçün təkrar ekspertiza təyin edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir