İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 11-də saat 20:50-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 500 qram narkotik vasitənin və 2 890 ədəd “Metadon M-40” psixotrop həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.102info.az