Bakıda stadionda kütləvi dava olub.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən futbol meydançasında baş verib.
Bir qrup şəxs arasında düşən davada iki nəfər xəsarət alıb. Döyülənlər Bakı şəhər sakinləri, 13 yaşlı Rauf Məhərrəmli və 12 yaşlı Ümid Zeynalzadədir.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma başladılıb.
Hazırda polis hadisə iştirakçılarının müəyyən edilərək tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, dava iştirakçılarının orta məktəb şagirdləri olduğu bildirilir.
www.102info.az