İnsan alverində təqsirləndirilən şəxsə hökm oxunub.
Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən insan alverçisi Təhmin Zelabdinovanın qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədi ilə dövlət sərhədindən keçirməsi faktı aşkar edilib.
Onun insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla bu cinayəti törətməsi faktı ilə bağlı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-3 (insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər) maddələri ilə cinayət işi başlanılıb, işin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə T.Zelabdinovanın əməlləri sübuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
www.102info.az