Bakıda iki avtomobil toqquşdu: Ölən və xəsarət alanlar var

Kriminal


Bakının Sabunçu rayonunda ölümlə və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, 20-25 yaşlarında gənc oğlan (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan digər iki nəfər – 1999-cu il təvəllüdlü Çobanov Nurlan Hətəmxan oğlu və həmyaşıdı Abbasov Ceyhun Səyyad oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir