Azərbaycanın axtardığı türkiyəli biznesmen İtaliyada tutuldu

Kriminal


Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi türkiyəli biznesmen tutulub.

“Qafqazinfo” xəbər verir ki, Cinayət Məcəlləsinin 213.3-cü (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə ittiham edilən və ölkədən çıxdığına görə barəsində axtarış elan edilmiş Türkiyə vətəndaşı, 1964-cü il təvəllüdlü Şükrü Çakır İtaliya polisi tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası üçün tədbirlərin görüldüyü bildirilir.

Məlumata görə, Şükrü Çakır Azərbaycanda bir sıra dövlət layihələrinin podratçısı olan “Çakır Yapı” şirkətinin prezidentidir.

www.102info.az