Gəlinini doğrayıb zibilliyə atan qayınata cəzasının yüngülləşdirilməsini istəyir

Kriminal


Gəlinini öldürüb meyitini parçalara bölərək zibil qutusuna atmağa görə məhkum edilmiş 75 yaşlı İdris Məhərrəmov kassasiya şikayəti verib.

APA xəbər verir ki, Ali Məhkəməyə daxil olan şikayətdə məhkum şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş olunub.

Şikayətə hakim Tahir Kazımovun sədrlik etdiyi hakimlər heyəti baxacaq.

Xatırladaq ki, 2021-ci ilin yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası İdris Məhərrəmov tərəfindən qətlə yetirilib, meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir