Bərdədə silahlı insident olub, yaralanan var.
“Report”un Qarabağ bürosunun hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə, hadisə bu gün axsam saatlarında Bərdə şəhəri, 26-lar adlanan ünvanda qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a bildirilib ki, 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.
E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
www.102info.az