Bakıda “Pirius”un sürücüsü qadını vuraraq öldürdü

Kriminal


Bakıda avtomobil qadını vuraraq öldürüb.

APA xəbər verir ki, 1993-cü il təvəllüdlü Niftəliyev Həbib Vidadi oğlu idarə etdiyi “Toyota Pirius” markalı avtomobil ilə Yasamal rayonu, Nazim Hikmət küçəsi istiqamətində hərəkətdə olarkən şəxsiyyəti məlum olmayan qadını vurub. 

Nəticədə sonuncu aldığı ağır dərəcəli xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir