Vətən Müharibəsi Qəhrəmanını şantaj edən “reket jurnalist”ə cəza verildi

Kriminal


Abşeron Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zaur Qafarovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı birgə məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “realxeber.org” internet saytının və eyni adlı “YouTube” kanalının idarəçisi Zaur Qafarovun hərbi qulluqçudan barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yayma hədəsi ilə pul tələb etməsi barədə DTX-dən daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

Əməliyyat-axtarış tədbirləri ilə Zaur Qafarovun video-foto montaj vasitəsilə II Qarabağ müharibəsi iştirakçısı olmuş hərbi vəzifəli şəxs barəsində sonuncunun guya hərbi qulluqçu adına yaraşmayan işlərlə məşğul olmasına dair nüfuzdan salan və həqiqətə uyğun olmayan video-çarx hazırlayaraq idarə etdiyi media platformalarına ictimaiyyətə açıq şəkildə qəsdən yerləşdirməsinə, həmin videogörüntülərin daha geniş ictimai kütlə arasında yaymaqla hədələyib bunun müqabilində sonuncudan pul tələb etməsinə əsaslı şübhələr müəyyənləşib.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla, Zaur Qafarova həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə baxış iclasında Zaur Qafarov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş şəxs ifadəsində göstərib ki, 2020-ci il tarixdən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinə qərargah rəisi vəzifəsinə təyin olunub. O, II Qarabağ döyüşlərində iştirak edib, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir