Kirayə qaldığı evin sahibini öldürmə ittihamı ilə 11 il cəza almış şəxslə bağlı yeni qərar verilib

Kriminal


Zaqatalada 10 il əvvəl qətl törətməyə görə 11 il müddətinə məhkum edilmiş Polad İsmayılovun cinayət işi üzrə kassasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya məhkum şəxsin vəkili Zabil Qəhrəmanov məlumat verib.

Ali Məhkəmədə keçirilən iclasda vəkil Zabil Qəhrəmanov müvəkkilinin günahsız olması ilə bağlı kifayət qədər dəlil və sübutlar olduğunu bildirib. Vəkil qeyd edib ki, zərərçəkmiş şəxsi Polad İsmayılovun öldürmədiyi ilə bağlı əsas dəlillərdən biri hadisə yerindən götürülmüş qan olub.

Qanın ekspertiza nəticəsinə görə, 3-cü qrupa aid olduğu təsdiq edilib, təqsirləndirilən şəxsin qan qrupu isə 1-dir.

Hakim Rəşad Abdulovun sədrlik etdiyi hakimlər heyəti şikayəti əsaslı hesab edib.

Cinayət işi üzrə qərar ləğv olunaraq, yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılıb.

Xatırladaq ki, Zaqatala rayon sakini, 1950-ci il təvəllüdlü Seyran Şakir qızı Əyyubovanın 24.02.2011-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyiti aşkar edilməsi ilə bağlı başlanan cinayət işinin üstü 9 il sonra – 2020-ci ildə açılıb.

Əməliyyat tədbirləri ilə mərhum Seyran Əyubovanın yaşadığı evdə günlük kirayədə yaşayan Polad Şəmsəddin oğlu İsmayılovun 24 fevral 2011-ci il tarixdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı onu bıçaqla xəsarətlər yetirərək öldürməsi müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Polad İsmayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir