Ağcabədidə polisə 17 yaşlı oğlanın şantajla üzləşməsi barədə müraciət daxil olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polisə müraciət edən 1984-cü il təvəllüdlü Sədaqət Abbasov (bütün ad-soyadlar şərtidir – red.) oğlu, 2006-cı il təvəllüdlü Aslanın 2005-ci il təvəllüdlü Məhəmməd Mirzəyev tərəfindən şantaj edildiyini bildirib.
O şikayət ərizəsində qeyd edib ki, 18 yaşlı Məhəmməd onun qızının fotolarını əldə edib. Daha sonra oğlunu fotoları yaymaq hədəsi ilə şantaj etməyə başlayıb.
Atanın iddiasına görə, həmin şəxs hədə-qorxu yolu ilə 17 yaşlı oğlandan 100 manat alıb.
Müraciətlə bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.
www.102info.az