Gənclər və İdman Nazirliyi yeddi yaşlı uşağın ölümü ilə bağlı açıqlama yaydı

Kriminal


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında xəsarət alan və xəstəxanada vəfat edən yeddi yaşlı Fərid Bakarovun ölümü ilə bağlı açıqlama yayıb.

Açıqlamada azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxs – Mehman Xəlilovun qanun qarşısında cavab verəcəyinə əminlik ifadə olunub:

“Gənclər və İdman Nazirliyi 2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı diləyir. Allah rəhmət eləsin!

Son günlər mətbuatda yayılan videogörüntülərdə məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlarla qəddarlıqla davranması əks olunub. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və məşqçi Mehman Xəlilov hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Əminik ki, azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxs qanun qarşısında cavab verəcək”, – açıqlamada bildirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir