Vəkil adı altında vətəndaşın pulunun ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Kriminal


Vəkil adı altında vətəndaşın pulunun ələ keçirilməsi faktı üzrə cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Salyan Rayon Prokurorluğunda vətəndaş müraciəti əsasında aparılan araşdırma zamanı Elşən Əliyevin özünü vəkil kimi təqdim edərək respublikanın müxtəlif məhkəmələrin icraatında olan mülki işlər üzrə vəzifəli şəxslərə rüşvət verməklə vətəndaşın xeyrinə qərar qəbul olunması adı ilə ayrı-ayrı vaxtlarda 10 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir