Bakıda rüşvət alan məktəb direktoru axtarışa verildi – FOTO

Kriminal


Azərbaycanda rüşvət almaqda təqsirləndirilən məktəb direktoru barəsində axtarış elan olunub.

Bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, əvvəllər Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Abdulla oğlu Səfərov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, C.Səfərovun barəsində cinayət işinin başlanması ilə bağlı hələ 2020-ci ildə Baş Prokurorluq tərəfindən məlumat yayılıb.

Görünür C.Səfərov istintaqdan yayındığı üçün axtarışa verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir