Sumqayıt Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən A.Bayramovun, tanışları – N.Nəcəfov və L.Sərkərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə həmin şəxslərə şərti cəza verilib.
Qeyd edək ki, hadisə 2022-ci iyulun 11-də Quba rayonunun Alekseyevka kəndindəki evlərin birində qeydə alınıb.
Belə ki, kənd sakini A.Bayramov tanışları – N.Nəcəfov və L.Sərkərovla birgə evlərində olan seyfin içərisindən ümumilikdə 142 678 manat pulu oğurlayıb.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıblar.
www.102info.az