Sumqayıt Apellyasiya Məhkəməsində Xırdalanda həyat yoldaşını öldürməkdə və oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməkdə təqsirləndirilən Ağaməhəmməd Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2021-ci ilin dekabrında Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü A.Əhmədov yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanı qətlə yetirib və başını kəsib, oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Daha sonra A.Əhmədov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə), 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
www.102info.az