Tovuzda kirayəçinin döydüyü ev sahibi xəstəxanada vəfat edib.
İlkin araşdırma zamanı 33 yaşlı Aynaz Alıyevanın kirayə yaşadığı evdə arasında yaranmış mübahisə zamanı ev sahibi 71 yaşlı İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxdığı, daha sonra isə taxta ilə onu vuraraq xəsarət yetirdiyi məlum olub.
Qonşular bildiriblər ki, İntizar Bağırova evində kirayə qalan cütlükdən dəfələrlə narazılıq edib:
“Bir gün qadın yanıma gəldi ki, kirayəçim qızıllarımı götürüb. Gedib baxdım ki, düz deyir. Kirayəçidən soruşdum ki, qızılları niyə oğurlamısan? Dedi ki, oğurlamamışam, götürmüşəm. Borcum var idi, ona görə girov qoymuşam. Pulu ödəyib, qızılları yerinə qoyacağam”.
Məlumata görə, Aynaz Alıyevanın yetkinlik yaşına çatmamış qız övladları da onlarla birlikdə yaşayıblar.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanılıb. Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
www.102info.az