Qubadlıda şirkət əməkdaşı faciəli şəkildə öldü

Kriminal


Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslının Oxu.Az-a verdiyi məlumata görə, məlumatla əlaqədar keçirilmiş tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib.

İlkin ehtimala görə, onun üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love