Bakıda 32 yaşlı kişi bıçaqlanıb

Kriminal


Bakıda 32 yaşlı kişi bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə mayın 9-da saat 01 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Emil Nurməmməd oğlu Məmmədov naməlum səbəbdən, döş qəfəsindən bir bıçaq xəsarəti alıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hadisəni törətmiş şəxsin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

www.102info.az