Komitə sədri Sumqayıtda məşq zamanı ölən uşaqla bağlı məsələyə münasibət bildirib – FOTO

Kriminal


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında xəsarət alan və xəstəxanada vəfat edən yeddi yaşlı Fərid Bakarovla bağlı məsələyə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, komitə səlahiyyətləri çərçivəsində məsələ ilə məşğul olub:

“Məsələ nəzarətimizdədir. Hadisə ilə bağlı bəzi məqamlar var ki, biz fikir bildirə bilmərik. Bu, hal qəbuledilməz və ağlasığmazdır”.

O qeyd edib ki, uşaqlara xidmət göstərilən bütün sahələrdə nəzarət olmalıdır:

“Biz planlayırıq ki, indiyə kimi hansı sahələrdə buna nəzarət olunmayıbsa, müvafiq standartları təşkil edib, monitorinq aparmalıyıq. Hazırda bununla bağlı meyarlar üzərində çalışırıq”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir