Qara bazarda dəyəri 15 milyon manat olan narkotik vasitəsi dövriyyədən çıxarılıb – FOTO/VİDEO

Kriminal


Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ay ərzində qara bazarda dəyəri 15 milyon manat olan 400 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının çətin relyef şəraitində, gərgin əmək sərf edilərək həyata keçirdikləri birgə əməliyyat zamanı 160 kiloqram narkotik vasitənin (tərkibi psixotrop maddələrlə zənginləşdirilən 100 kiloqram marixuana və 60 kiloqram tiryək) qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması barədə ictimaiyyətə bir neçə gün əvvəl məlumat verilib. Həmin narkotiklərin ölkəyə gətirilməsini təşkil edən Tərlan Xasməmmədovun Beyləqan rayonu ərazisində İranla sərhədyanı bölgədə saxlanılması əməliyyatının görüntülərini təqdim edirik.

Qeyd edək ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 1 ay ərazində müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 49 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən qara bazardan dəyəri 15 milyon manat olan 400 kiloqram narkotik vasitə, psixotrop maddə, eləcə də 3 min 600 ədəd “ekstazi” və metadon həbi çıxarılıb.

Silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən “kanallar”a ciddi zərbə endirilib. Narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir