Bakıda bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.
Rayon sakini, 65 yaşlı Əlişir Vələdov münaqişə zəminində həmyerlisi 28 yaşlı Murad Nurəliyevi bıçaqlayıb. Sinəsindən yaralanan M.Nurəliyev xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən Ə.Vələdov polisə gedərək könüllü təslim olub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az