Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana ekstradisiya edildi

Kriminal


Baş Prokurorluğun vəsatəti əsasında Ukraynanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Elşən Qasımovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Sabirabad Rayon Polis Şöbəsində istintaq olunan cinayət işi üzrə Elşən Qasımovun Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunçuluq) maddələrində nəzərdə tutulan əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Elşən Qasımov Ukrayna ərazisində saxlanılaraq mayın 14-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir