Biləsuvar rayonunda kütləvi dava zamanı biri hamilə qadın olmaqla dörd nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, dava zamanı rayon sakinləri 1990-ci il təvəllüdlü M.Şükürov, 1997-ci il təvəllüdlü E.Şükürov, 1978-ci il təvəllüdlü S.Mirzəyev və 2001-ci il təvəllüdlü Z.Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
www.102info.az