Mayın 20-də saat 12 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən “Toyota” markalı bir avtomobil qaçırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Əli Abbasov 28 May qəsəbəsi ərazisində həmin avtomobili idarə edərkən saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
www.102info.az