Sabirabadda evdən böyük məbləğdə oğurluq edilib

Kriminal


Sabirabad şəhəri ərazisindəki evlərin birindən 9 000 manat və 7 000 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, oğurluqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az