Vəkillər İlkin Süleymanova bəraət istəyiblər – YENİLƏNİB

Kriminal


Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkilləri – Əlibaba Rzayev, Zabil Qəhrəmanov, Murtuzəli Abbasov müdafiə çıxışı ediblər. Vəkillər birgə hazırladıqları çıxışda İlkin Süleymanova bəraət verilməsini istəyiblər.

Qeyd olunub ki, İlkin Süleymanovun ittiham olunduğu cinayətlə əlaqəsi yoxdur:

“İlkin Süleymanov günahkar deyil. Dəlil və sübutlar, şahid ifadələri, o cümlədən İlkinlə bir kamerada saxlanılan şəxslərin, müxtəlif ekspertlərin ifadələri də müttəhim kürsüsündə oturan şəxsin cinayətkar olmadığını təsdiqləyir. Gerçək çılpaqlığı ilə ortada olsa da, prokuror ona 20 il iş istəyib”.

Proses davam edir.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Cinayət işi üzrə təqsirləndirilən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrlə ittihamlar irəli sürülüb.

16:30

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

“Report”un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin vəkillərinin müdafiə çıxışı edəcəyi, İ.Süleymanovun son söz deyəcəyi və hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, prokuror İ.Süleymanova 20 il cəza verilməsini istəyib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittihamlar elan olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir