Bakıda 65 yaşlı oğru qadın tutuldu

Kriminal


Bakıda qadının pulqabısı oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yerləşən marketlərin birində qəsəbə sakini olan qadının içərisində 1080 manatı olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 65 yaşlı S.Nəcəfova müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir