Biləsuvar sakininin qohumunu qətlə yetirməsinin TƏFƏRRÜATI – YENİLƏNİB + VİDEO

Kriminal


Biləsuvar rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

“Report”un Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Çinarlı kəndində, əkin sahələrinə gedən yolun kənarında qeydə alınan hadisə torpaq mübahisəsi üstündə baş verib.

Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Həmidov Cavid İdris oğlu özü ilə hadisə yerinə gətirdiyi tüfənglə həmkəndlisi və yeznəsi, 1972-ci il təvəllüdlü Abdullayev Əsgər Musa oğlunun başına və bədəninə iki dəfə atəş açıb.

Nəticədə Ə.Abdullayev başın alın-təpə nahiyəsinin kəllə boşluğuna keçən baş-beyin toxumasını və qişalarını zədələyən odlu (qırma yaralanması), həmçinin döş qəfəsinin və qarının sağ yarısının ön divarını və sol saidin odlu (qırma yaralanması) xəsarətlər alıb və ölüb.

Daha sonra C.Həmidov DİN-in “102” çağrı mərkəzinə zəng edərək Ə.Abdullayev adlı şəxsi tüfəngdən atəş açaraq öldürməsi barədə məlumat verib.

İlkin məlumata görə, C.Həmidov Ə.Abdullayevi torpaq sahəsinə görə qətlə yetirib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb. İş üzrə Həmidov Cavid İdris oğlunun həmin cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o şübhəli şəxs qismində tutulub.

11:22

Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdurlar, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Ə.Abdullayev xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir