Göygöl rayonunun Topalhəsənli kəndində selin apardığı iki nəfər ora istirahət məqsədi ilə gediblərmiş.
Oxu.Az-ın məlumatına görə, onlar oradakı istirahət mərkəzində yeyib-içiblərmiş.
Həmin vaxt Gəncə çayında sel baş verib və 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov itkin düşüblər.
Artıq onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, daşqınlar zamanı yeddi avtomobilə ziyan dəyib. 50-dən çox mal-qara tələf olub.
09:40
Göygöl rayonunun Topalhəsənli kəndində iki nəfəri sel aparmasının görüntüləri yayılıb.
Oxu.Az həmin görüntüləri təqdim edir:
08:36
Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları başa çatıb.
Onun sözlərinə görə, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub:
“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxararaq müvafiq ekspertizaya təqdim ediblər. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir”.
08:22
Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub.
Bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
Onun sözlərinə görə, hazırda həmin şəxsin yerinin müəyyən olunması istiqamətində axtarış işləri davam etdirilir.
İlhamə Əbülfət
www.102info.az