Suraxanıda yol qaydalarını pozan “Prius”un sürücüsü saxlanıldı: Maşınından heroin çıxdı – FOTO/VİDEO

Kriminal


Suraxanı DYPŞ -nın əməkdaşları xidmətdə olarkən  99-UD-357 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü 1974 -cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayarkən narkotik vasitələrin təsiri altında olduğunu müəyyən ediblər.

Bunu Oxu.Az-a Bakı şəhər DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, avtomobildə olan 1974 cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib:

“Baxış zamanı 1 kiloqram 26 qram heroin aşkar edilib. Avtomobildə olan şəxslər və digər maddi sübutlar DYP əməkdaşları tərəfindən aidiyyatı üzrə Suraxanı RPİ-nin İstintaq şöbəsinə müvafiq araşdırmanın aparılması üçün təhvil verilib”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir