Cəlilabadda ötən gün baş verən qətl hadisəsinin təfərrüatı məlum oldu – FOTO

Kriminal


Cəlilabadda ötən gün baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report”un məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Qarazəncir kəndində küçədə baş verib.

Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Rəşad Aydın oğlu Aslanov aralarına yaranmış mübahisə zəminində həmkəndlisi 1985-ci il təvəllüdlü Şamo Şamil oğlu Əzimova çox saylı bıçaq xəsarətləri yetirərək sonuncunu qətlə yetirib.

Hadisədən sonra R. Aslanov vəfat etmiş Ş. Əzimova məxsus avtomobilə minərək hadisə yerindən uzaqlaşıb. Bu zaman o hərəkətsiz halda olan digər iki avtomobilə də zərər vurub.

Rəşad Aslanov polisə gələrək könüllü təslim olub.

Hadisəni törədən şəxs bir neçə il imiş ki, Rusiyada yaşayırmış. O, bir neçə gün öncə vətənə qayıdıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Xatırladaq ki, ötən gün 1985-ci il təvəllüdlü Əzimov Şamo Şamil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olmuşdu.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir