Şabranda 65 yaşlı kişi itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayonunun Qələgah kənd sakini, 1958-ci il təvəllüdlü Ənvər Müslümov may ayının 25-i saat 04 radələrində yaşadığı evdən “Mersedes-Benz” markalı avtomobil ilə çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.
Qeyd edək ki, həmin avtomobil bir müddət sonra kənd ərazisində aşkar edilib.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran Rayon Polis Şöbəsinin (+994)70-233-27-23 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

www.102info.az