Abşeronda kafedə dava zamanı bir nəfər bıçaqlanıb

Kriminal


Abşeron rayonu Masazır qəsəbəsində dava düşüb.

APA xəbər verir ki, hadisə Duz gölünün kənarında qeydə alınıb.

1989-cu il təvəllüdlü Fəqan Bayram oğlu Bayramov kafedə dava zamanı bıçaqlanıb.

Yaralı şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

www.102info.az