Bakıda evdən, mağazadan və kafedən 7080 manatlıq oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbəsi ərazisində 3 evdən, 2 mağazadan və bir kafedən ümumilikdə 4000 manat pul və 3080 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Miraşikinko saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az