Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, 1999-cu il təvəllüdlü Biləsuvar rayon sakini, Rafiq Mirzəzadə qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
O, ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Məlumata görə, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az