İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıblar.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
İyun ayının 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu saxlanılıblar.
Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
www.102info.az