Tərtərdə arvadını və evində usta işləyən şəxsi qətlə yetirməkdə təqsirləndirilən Asəf Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Abdulla Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 13-ə təyin edilib.
Qeyd edək ki, bu il fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.
Tərtər rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisənin qısqanclıq zəminində törədilməsi bildirilir.
Xatırladaq ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub. Bundan əvvəl isə G.Məmmədova rayonda fəaliyyət göstərən bankda işləyib. Onu qətlə yetirən həyat yoldaşının isə işsiz olduğu qeyd edilib.
www.102info.az