Şərurda yeniyetmə oğlanlar arasında dava bıçaqlanma ilə nəticələnib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.
Belə ki, Şərur rayonu Oğlanqala kəndində kənd sakinləri – 2006-cı il təvəllüdlü Sadiq Mehdiyev, 2005-ci il təvəllüdlü Məhəmmədəli Vəliyev, 2005-ci il təvəllüdlü Xoşunəli Abdullayev və Şərur rayonu Dizə kənd sakini Əli Mürsəlov arasında dava düşüb.
Dava nəticəsində Əli Mürsəlov Sadiq Mehdiyev tərəfindən bıçaqlanıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
S.Mehdiyev artıq saxlanılıb.
Faktla bağlı araşdırma başlayıb.
www.102info.az