Masallıda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon Qızılağac kəndi ərazisindən kənd sakinlərindən birinə məxsus olan 4 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayon sakini O.Məmmədov müəyyən edilərək saxlanılıb və oğurlanan heyvanlar aşkarlanaraq sahibinə qaytarılıb.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
www.102info.az