Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb – FOTO

Kriminal


Lənkəranda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. 

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna verilən cavaba görə, iyunun 6-da saat 23 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini piyada Hüseyn Əliyev vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış “Khazar” markalı avtomobilin sürücüsü, Lənkəran şəhər sakini Murad Abdullazadə müəyyən edilərək istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir