Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Orxan Abdullayev saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman bir ədəd, atəşə yararlı, “Wolter P-38” markalı tapança, həmin silaha aid 2 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
www.102info.az